Vüqar Həşimovun atası vəfat edib
- 08 Yan 2025 16:00
- 56
Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
O, xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, 1949-cu il təvəllüdlü Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. Hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb.