Vüqar Məmməd və Samir Əliyevlə bağlı da qərar verildi
- 13 Dek 2019 12:48
- 1000
AFFA İcraiyyə Komitəsi (İK) aşağı yaş qruplarındakı milli komandalarla bağlı qərar verib.
Rekord.az xəbər verir ki, bu barədə "Report"a İK-nın üzvü Vafiq Sadıqov məlumat verib.
O bildirib ki, U-17 komandasının baş məşqçisi Vüqar Məmmədlə yollar ayrılıb.
Əvəzində UU-19-a rəhbərlik edən Samir Əliyevin müqaviləsi uzadılıb.
Qeyd edək ki, AFFA İK Azərbaycanın əsas millisinin baş məşqçisi Nikola Yurçeviçi də istefaya göndərib.