Vüqar Nadirovun direktor olduğu klubda növbəti təyinat
- 31 Okt 2019 17:47
- 1012
“Baku Sporting” futbol klubunda daha bir yeni təyinat gerçəkləşib.
Rekord.az xəbər verir ki, idman jurnalisti Mirələm Həsənli "Baku Sporting" klubunun PR və Marketinq meneceri təyin olunub.
Qeyd edək ki, “Baku Sporting” klubu hazırda daha çox uşaq futbol akademiyası kimi fəaliyyət göstərməkdədi. Bir neçə gün öncə bu klub Azərbaycan yığmasının və “Qarabağ”ın sabiq hücumçusu Vüqar Nadirovu idman direktoru vəzifəsinə gətirmişdi. Elə Mirələm Həsənlini da sözügedən kluba millimizin sabiq forvardı dəvət edib. Xatırladaq ki, Mirələm Həsənli vaxtilə “Əlincə” futbol klubunda da çalışıb.