Türkiyə 1-ci liqasında 35-ci turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçuların komandaları da növbəti matçlarına çıxıblar.


Vüsal İsgəndərlinin şərəfini qoruduğu “Boluspor” evdə “Fatih Karagümrük”lə qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib. Vüsal 90+5-ci dəqiqədə meydana buraxılıb.


Coşqun Diniyevli “Çorum” isə səfərdə “Amedspor”a uduzub – 0:1. Millimizin üzvü sonadək ehtiyatda qalıb.


Hazırda “Boluspor” 52 xalla 8-ci, “Çorum” isə 51 xalla 10-cu pillədə qərarlaşıb.