Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.


Rekord.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi “Boluspor” 31-ci tur çərçivəsində evdə “Bandırmaspor”la qarşılaşıb. 


Bu oyunda qapılara qol vurulmayıb – 0:0. Vüsal matçın 72-ci dəqiqəsində meydana buraxılıb.


“Boluspor” hazırda 45 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.