
Vüsalın komandası səfərdə sevindi
- 22 Fev 2025 14:00
- 113
Türkiyə birinci liqasında 26-cı tura start verilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” səfərdə “Manisa”nın qonağı olub.
Matça ehtiyat oyunçular skamyasından başlayan İsgəndərli 86-cı dəqiqədə meydana buraxılıb.
Görüş “Boluspor”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbə sayəsində xallarının 37-ə çatdıran Vüsalın komandası turnir cədvəlində 7-ci pilləyə yüksəlib.