Türkiyə I Liqasında 15-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal isgəndərlinin şərəfini qoruduğu "Ankara Keçiörengücü" səfərdə "Menemenspor"un qonağı olub.

Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. Vüsal da bu görüşün iştirakçısı olub.

26 yaşlı vinger 60-cıdəqiqədə İssa Cibrillanın əvəzəinə meydana daxil olub.

14 xal toplayan "Ankara Keçiörengücü" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.