WADA 19 apreli dünyada Ədalətli İdman Günü elan edib
- 15 Apr 2024 13:45
- 217
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib.
Rekord.az xəbər verir ki, WADA-nın təşəbbüsünə qoşulan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) də 2024-cü il 15-21 aprel tarixlərini əhatə edən dövrü ölkəmizdə “Ədalətli idman həftəsi” elan edib.
Qurum idman ictimaiyyətini bu günlə bağlı məlumatlandırmağa başlayıb. AMADA-nın müxtəlif sosial media kanallarında bu günlə bağlı paylaşımların edilməsi nəzərdə tutulub. Buraya məlumatlandırıcı post və hekayələrin paylaşılması, idman ictimaiyyətinin tanınmış simalarının fikirlərini əks etdirən videoçarxlar, eyni zamanda sorğulardan ibarət müsabiqələrin təşkili aiddir.
Qeyd edək ki, WADA 2014-cü ildən bəri hər il apreldə Ədalətli İdman Günü keçirir.