Bu gün Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 3-cü turunun növbəti oyunu baş tutub.

Rekord.az xəbər verir ki, Xaçmaz təmsilçisi "NTD-INDIGO", doğma azarkeşləri önündə "Gəncə" klubu ilə qarşılaşıb.

Oyuna üstün başlayan ev sahibi, yekunda rəqibi üzərində 94-76 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular "NTD-INDIGO"da Cared Smol (21 xal, 5 ribaund), "Gəncə"də Kenyon Dulinq olublar (18 xal, 1 ribaund).

Qeyd edək ki, üçüncü turun növbəti oyunları ("Sərhədçi" - "Sumqayıt", "Neftçi" - "Şəki", "Xırdalan" - "Sabah") 10 və 11 noyabr tarixində baş tutacaq.