Xaçmazda cüdo üzrə nümunəvi çıxışlar
- 15 İyn 2024 13:43
- 333
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Xaçmaz UGİŞM-in idman zalında "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo idman növü üzrə nümunəvi çıxışlar keçirilmişdir.
Rekord.az xəbər verir ki, isinmə hərəkətləri yerinə yetirildikdən sonra, Xaçmaz UGİŞM-in məşqçi-müəllimi, Azərbaycan Cüdo Federasiyasının şimal bölgəsi üzrə nümayəndəsi İqrar İsmayılov yetirmələrinə cüdo fəndlərinin necə yerinə yetirilməsinin texnikasını əyani şəkildə göstərmiş, daha sonra cüdoçular göstərilənləri təkrarlamışlar. Ardından eyni çəki dərəcəsində olan cüdoçular arasında qarşılaşmalar baş tutmuşdur.
Nümunəvi çıxışlarda 20 nəfər idmançı iştirak etmişdir.
Tədbirin keçirilməsi cüdo idman növünün yeniyetmə və gənclər arasında təbliği və təşviqi, onların asudə vaxtının səmərəli təşkili, zərərli vərdişlərdən uzaq olmalarına və rayonda bu idman növünün kütləviliyinə nail olmaq məqsədi daşıyır.