"Region Liqası"nda  mübarizə aparan "Xankəndi"nin baş məşqçisi İbrahim Uzuncanın paralel olaraq həm də II Liqa təmsilçisi "Dinamo"da da bu funksiyanı yerinə yetirməsi haqda məlumat vermişdik.

Rekord.az bu qeyri-adi məsələyə Xankəndi klubundan münasibət öyrənib.

Komandadan verilən rəsmi açıqlamada  ortada hansısa qanunsuzluq olmadığı bildirilib: "Region Liqası"nı AFFA keçirir, II Liqanı isə PFL. Yəni iki ayrı qurumun keçirdiyi çempionatlardı. Buna görə də Uzunca həm bizim komandada, həm də "Dinamo"da işləyə bilər. Bununla bağlı AFFA-dan icazə alınıb".