Xayme Romero: “Şanslarımızı gözləməliyik”
- 27 Noy 2019 22:14
- 937
“Qarabağ”ın futbolçusu Xayme Romero Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Sevilya” ilə qarşılaşacaqları oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Rekord.az xəbər verir ki, ispan yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb:
- Fərqindəyik ki, güclü komandaya qarşı oynayacağıq. Bizi çətin oyun gözləyir. Növbəti mərhələ üçün bizə xal lazımdır. Diqqətli müdafiə olunmalı və şanslarımızı gözləməliyik. Əldə etdikləri şanslarımızı düzgün dəyərləndirməliyik.
- Nə zamansa, bu stadionda meydana çıxmısanmı?
- Bəzi səbəblərdən bu stadionda oynamaq mənə nəsib olmayıb. “Qranada”da olarkən hansı səbəb olduğunu bilmirəm, ancaq bu stadionda meydana çıxmamışdım.
- Rəqibin növbəti mərhələyə vəsiqəni təmin etməsi sizin üçün matçın asan olacağı anlamına gəlirmi?
- Baş məşqçimizin dediyi fikirlərə qatılıram. İlk oyunda 3-cü qoldan sonra da rəqib hücum edirdi. Heç olmasa 1 xal qazanmağa çalışacağıq.
- Buradan sərfəli nəticə ilə qayıtmaq üçün hansı oyun üslubunda çıxış etməli olduğunuzu düşünürsən?
- Müdafiədə diqqətli olmalıyıq. Boşluqlar buraxmamalıyıq. Əldə etdiyimiz imkanlardan yararlanmalıyıq. Nə olacağını görəcəyik.
- 3 nəfər ispan futbolçusuz, sabah ailə üzvlərinizdən neçə nəfər olacaq?
- Stadionda tək məndən 10-a yaxın ailə üzvüm bizi dəstəkləyəcək.