
Xaymenin “Qarabağ”dakı taleyi bundan asılı olacaq
- 2022-01-24 14:00
- 619
Hazırda zədəsini müalicə etdirməklə məşğul olan Xayme Romeronun “Qarabağ”dakı gələcək taleyi məlum deyil.
Rekord.az xəbər verir ki, Qurban Qurbanov martdan yaşıl meydançalara qayıdacaq ispaniyalıya 2 ay sınaq müddəti verəcək.
Əgər yarımmüdafiəçi mövsümün sonuna kimi olan qısa müddətdə özünü doğurulda bilsə, onunla yeni müqaviə bağlanacaq. Əks halda futbolçu ilə yollar ayrılacaq.
Qeyd edək ki, uzun müddətdir zədədən əziyyət çəkən Xaymenin Ağdam klubu ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatır.