Azərbaycanın daha bir parataekvondoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında medal qazanıb.

Rekord.az xəbər verir ki, bütün rəqiblərinə qalib gələn İmaməddin Xəlilov (70 kq, K 44) qızıl medal qazanmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, Azərbaycan parataekvondoçuları buna qədər AÇ-də daha 3 medal qazanmışdılar. Röyalə Fətəliyeva (52 kq) yalnız finalda uduzaraq, ikinci yerlə kifayətlənib. Sabir Zeynalov (58 kq) və Amin Şıxalıyev (63 kq) isə bürünc medal qazanıblar.