Azərbaycanın daha bir parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) Çxunçxon şəhərində keçirilən Koreya açıq beynəlxalq turnirində uğurlu çıxış edib.

Rekord.az Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma üzvü meksikalı rəqibi zədə səbəbindən final döyüşünə çıxmadığına görə qızıl medal qazanıb.

Daha öncə Sabir Zeynalov da bu yarışda çempionluq sevinci yaşamışdı.