"Xəzər Lənkəran" AFFA-nın çempionatından imtina edir
- 12 Mar 2020 11:00
- 921
"Xəzər Lənkəran"ın U-17 komandası AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatından imtina edir.
Rekord.az xəbər verir ki, buna səbəb federasiya tərəfindən olan təzyiqlər və biganə münasibətdir.
AFFA Lənkəran komandasına heç bir köməklik etmir. Adi top, inventar belə, vermir. Əvəzində böyük təzyiq yaradır. Lənkəranın mərkəzi stadionunda oyunların keçirilməsinə imkan vermir. Hansı ki buradan gələn icarə haqqı ilə müəyyən problemləri həll etmək olar. Bir sözlə, bıçaq sümüyə dirənib və komanda növbəti mövsüm ölkə çempionatında oynamaq istəmir.