Paytaxtın Xəzər rayonunda "Heydər Əliyev İli" çərçivəsində məktəblilər arasında 3x3 basketbol üzrə Xəzər rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, martın 10-da Xəzər Rayon Gənclər və İdman İdarəsi və 181 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev İli" çərçivəsində idman zalında rayon ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında basketbol üzrə rayon turniri təşkil olunub.

Turnirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, İdarənin əməkdaşları, 181 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Pərvanə Məmmədova, Təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Əliyeva, oyunun baş hakimi Hakim Xəlilov, fiziki tərbiyə müəllimləri və rayon ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri iştirak ediblər.

Turnirin nəticələrinə əsasən 181 nömrəli tam orta məktəbin komandası, 149 nömrəli tam orta məktəbin komandası və 183 nömrəli tam orta məktəbin komandası layiq görülüblər. Qalib olan komandalar Gənclər və İdman İdarəsi tərəfindən diplomla, həmçinin məktəb rəhbərliyi tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.