Azərbaycan Basketbol Liqasında (ABL) 5-ci turun son oyunu keçirilib.

Rekord.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində baş tutan qarşılaşmada “Şəki” və “Xəzri” komandaları üz-üzə gəliblər.

Görüş qonaq komandanın üstünlüyü ilə nəticələnib. “Xəzri” 63:52 hesablı qələbə qazanaraq, yenidən liderliyə yüksəlib.

Ən məhsuldar basketbolçular “Şəki”dən Pol Dibal (15 xal, 6 ribaund), “Xəzri”dən isə Endryu Platek (18 xal, 1 ribaund) olublar.