“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi
- 11 Apr 2024 23:11
- 218
"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 17-ci turunun ikinci oyunu baş tutub.
Rekord.az xəbər verir ki, "Neftçi" və "Xırdalan" klublarının üz-üzə gəldiyi oyunun əsas vaxtı 89:89 hesabı ilə yekunlaşıb.
İki əlavə vaxtın olduğu oyunda daha yaxşı təsir bağışlayan "Xırdalan" Teyvion Körkun də 45 xalla tripl-dabl etməsi sayəsində rəqibi üzərində 114:109 hesablı qələbə qazanaraq, turnir cədvəlində 4-cü pilləyə yüksəlib.
Ən məhsuldar basketbolçular "Neftçi"dən Di Angelo Stüart (35 xal, 5 asist), "Xırdalan"dan Teyvion Körk (45 xal, 11 ribaund, 10 asist) olublar.