Azərbaycan Basketbol Liqasında 12-ci tura start verilib.

Rekord.az xəbər verir ki, günün ilk matçında “Xəzri” və “Cəlilabad” komandaları üz-üzə gəliblər.

“Sərhədçi” İdman Mərkəzində gerçəkləşən görüş paytaxt təmsilçisinin 100:81 hesablı qələbəsi ilə bitib.

Bu gün daha bir oyun baş tutub. "Sərhədçi" İdman Mərkəzində çempionatın favoriti "Sabah" pley-off zonasında qərarlaşan "Xırdalan"la qarşılaşıb. Əlavə vaxta gedən gərgin matçın yekununda "Xırdalan" 107:103 hesabı ilə sürpriz və əzmkar qələbə qazanıb.

Bu nəticədən sonra "Sabah" 22 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik “Xəzri” ikincidir. Hesabında 19 xal olan "Xırdalan" dördüncü pillədə qərarlaşıb. Altıncı pillədə qərarlaşan “Cəlilabad”ın hesabında 16 xal var.