2024-cü ildə keçirilməli olan xokkey üzrə Dünya Kuboku təxirə salına bilər.

Rekord.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb digər ölkə yığmalarının Rusiya millisi ilə qarşılaşmaq istəməməsidir.

Onlar Ukraynadakı müharibəyə görə rusiyalı xokkeyçilərin yarışda iştirakına qarşıdır.

Qeyd edək ki, daha əvvəl Beynəlxalq Xokkey Federasiyası (IIHF) öz bayrağı altında keçirilən turnirlərdə Rusiya seçməsinin iştirakına qadağa qoyub.