Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!
- 17 Noy 2019 01:50
- 846
Bu gün AÇ-2020-nin seçmə mərhələsində 9-cu tura yekun vurulub.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yer aldığı E qrupunun digər oyununda Xorvatiya ilə Slovakiya münasibətlərinə aydınlıq gətirib. Əzmkar qələbəyə sevinən xorvatlar həm də AÇ-2020-yə vəsiqəni təmin ediblər.
G qrupunda Polşa səfərdə İsrailə, Avstriya evdə Şimali Makedoniyaya qalib gəlib. Bununla da Polşa 1-ci yeri təmin edib. Avstriya isə final mərhələsinə vəsiqəni 2-ci yerlə qazanıb.
C qrupunda iki matç oynanılıb. Almaniya Belarus üzərində asan qələbə əldə edib. Bu nəticə Bundestimi AÇ-2020-yə daşıyıb. Hollandiya isə çətin Şimali İrlandiya səfərdindəki heç-heçə ilə final mərhələsinə adlayıb. Lakin qrup qalibinin adına son tur aydınlıq gətirəcək.
AÇ-2020-nin seçmə mərhələsi
16 noyabr
I qrupu
Kipr – Şotlandiya 1:2
Qol: Efrem, 47 – Kristie, 12. Makqinn, 53.
Rusiya – Belçika 1:4
Qol: Cikiya, 79 – T.Hazard, 19. E.Hazard, 33; 40. Lukaku, 72.
San Marino – Qazaxıstan 1:3
Qol: Bernardi, 77 – Zaynutdinov, 6. Suyumbayev, 22. Şçetkin, 26.
Belçika – 27, Rusiya – 21, Şotlandiya – 12, Kipr – 10, Qazaxıstan – 10, San Marino – 0.
E qrupu
Azərbaycan – Uels 0:2
Qol: Mur, 10. H.Uilson, 34.
Xorvatiya – Slovakiya 3:1
Qol: Vlaşiç, 56. Pektoviç, 60. Perişiç, 74 – Bojenik, 32.
Xorvatiya – 17, Macarıstan – 12, Uels – 11, Slovakiya – 10, Azərbaycan – 1.
G qrupu
Sloveniya – Latviya 1:0
Qol: Tarasov, 53-öz qapısına.
Avstriya – Şimali Makedoniya 2:1
Qol: Alaba, 7. Layner, 48 – Stoyanovski, 90+3.
İsrail – Polşa 1:2
Qol: Dabbur, 88 – Krixovyak, 4. Piontek, 54.
Polşa – 22, Avstriya – 19, Sloveniya – 14, Şimali Makedoniya – 11, İsrail – 11, Latviya – 0.
C qrupu
Almaniya – Belarus 4:0
Qol: Ginter, 41. Qoretska, 49. Kroos, 55; 83.
Şimali İrlandiya – Hollandiya 0:0
Almaniya – 18, Hollandiya – 16, Şimali İrlandiya – 13, Belarus – 4, Estoniya - 1.