Bakıda təşkil olunum atıcılıq üzrə dünya kuboku davam edir. Rekord.az xəbər verir ki, bu gün 50 metr məsafəyə tüfəngdən atəş üzrə qadınlar arasında yarışda danimarkalı Rikke İbsen qalib gələrək, qızıl medal qazanıb.

Növbəti pillələrdə isə Moudgil Anjum (Hindistan) və Lee Eunseo (Koreya) qərarlaşıb.

50 metr məsafəyə tüfəngdən atəş üzrə kişilərin komanda yarışında xorvatiyalılar qızıl medala yiyələniblər. Hindistan və Ukrayna komandaları isə gümüş və bürünc medallarla kifayətləniblər. 

Beynəlxalq Atıcılıq İdman Federasiyasının Bakıda təşkil etdiyi dünya kuboku iyunun 7-dək davam edəcək.