Xorvatiya millisinin sabiq üzvü yığmanın baş məşqçisi təyin olundu
- 02 İyl 2024 19:09
- 164
Xorvatiya millisinin sabiq futbolçusu İvitsa Oliç ölkəsinin U-21 yığmasına baş məşqçi təyin olunub.
Rekord.az xəbər verir ki, 44 yaşlı mütəxəssis son olaraq Rusiyanın ÇSKA (Moskva) klubunu çalışdırıb.
Oliç futbolçu karyerası ərzində Zaqreb "Dinamo"su, ÇSKA, həmçinin Almaniyada "Herta", "Bavariya", "Hamburq" və "Volfsburq" klublarında çıxış edib.