FİBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıqlarını davam etdirən “Sabah” Basketbol Klubu Xorvatiya millisinin üzvü Pavle Marçinkoviçlə 1 illik müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, dəfələrlə Xorvatiya millisinin kapitanı olan Marçinkoviç universallığı ilə seçilir.

34 yaşlı təcrübəli basketbolçu karyerası ərzində Xorvatiya, Bolqarsıtan və Kipr klublarında çıxış edib. 

Son olaraq Xorvatiyanın “Cedevita Junior” klubunda forma geyinən Pavle Marçinkoviç karyerası ərzində 3 dəfə Xorvatiya çempionu olub, 1 dəfə Xorvatiya Kubokunu qazanıb.

“Sabah” çempionluğunda pay sahiblərindən olan Kaelin Kreynlə də 1 illik yeni müqavilə imzalayıb. Amerikalı basketbolçu 2022-ci ildən bu komandanın sıralarındadır.