Xorvatiya Voleybol Federasiyasının prezidenti Ante Bakoviç rəhmətə gedib. "Rekord.az" xəbər verir ki, bu barədə Avropa Voleybol Konfederasiyası məlumat yayıb.

Bildirilib ki, Ante Bakovic dünən axşam saatlarında Zaqrebdə vəfat edib. O, uzun müddət ağır xəstəlikdən əziyyət çəkib.

55 yaşlı Bakoviç 2017-ci ildən Xorvatiya Voleybol Federasiyasına rəhbərlik edirdi.