“Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur” - Şəhriyar Məmmədyarov
- 22 Okt 2020 21:00
- 1040
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Zəngilanın Genlik kəndinin işğaldan azad olunması ilə bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, təcrübəli qrossmeyster sosial şəbəkə hesabında bunları qeyd edib:
“Genlik kəndi geri alındı! Atamın, babamın və ulu babalarımın kəndi... Mənim doğma və həsrətini çəkdiyim keçmişim artıq bu günüm və gələcəyimdir. Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur. İnanıram ki, 2020-ci ildə hər bir vətən həsrəti çəkən azərbaycanlı öz torpağına qayıdacaq. Yaşasın Azərbaycan əsgəri! Yaşasın millətimiz və tarix yazan hökümətimiz!
PS: Kim Genlik kəndində gənclik edib mənimlə şahmat oynamaq istəyirsə, indidən yazsın”.