Xulen Lopeteqi: “Qarabağ” qrupdan çıxmağa layiq idi”
- 29 Noy 2019 02:35
- 836
“Qarabağ”ın oyuna 5 müdafiəçi ilə çıxması mənim üçün gözlənilməz oldu. Açığı, buna təəccübləndik. Normalda 4 müdafiəçi ilə oynayırlar. Buna baxmayaraq, oyunu yaxşı oxudular".
Rekord.az-ın İspaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib.
53 yaşlı mütəxəssis bildirib ki, "Qarabağ" qrupdan çıxmağa layiq idi: "Müdafiədə iki səhvə yol verdilər. Daha çox müdafiə olunduqları üçün böyük qüvvə ilə hücuma çıxa bilmədilər. Ona görə də qol şansları az oldu. "Qarabağ" neçə ildir avrokuboklarda qrup mərhələsində çıxış edir. Milli çempionatlarında bütün rəqiblərindən bir baş üstündürlər. Ona görə də Avropada inamlı təsir bağışlayırlar. "Qarabağ" qrupdan çıxmağa layiq idi".