
Yamal xüsusi mükafata layiq görüldü
- 15:45
- 36
"Barselona"nın vingeri Lamin Yamal "ilin ən yaxşı oyunçusu" nominasiyasında “Laureus” mükafatına layiq görülüb.
Rekord.az xəbər verir ki, mükafatlandırma mərasimi Madriddə baş tutub.
17 yaşlı futbolçu "Barselona"nın yetirməsidir. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Cinah oyunçusunun transfer dəyəri 180 milyon avro qiymətləndirilir.
Lamin Yamal İspaniya La Liqasının cari mövsümündə keçirdiyi 29 oyunda 6 qola və 12 məhsuldar ötürməyə imza atıb. "Barselona" 32 turdan sonra 73 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.
“Laureus” mükafatı idmançılara il ərzində qazandıqları nailiyyətlərə görə təqdim olunur. Bu mükafat 1999-cu ildə bir neçə beynəlxalq fond tərəfindən təsis edilib.