İspaniyanın "Barselona" klubunun 17 yaşlı futbolçusu Lamin Yamal 100-cü matçını keçirib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


O, bunu La Liqanın 24-cü turunda "Rayo Valyekano" ilə matçda reallaşdırıb. Vinger bu görüşlərin 83-də Kataloniya klubunun, 17-də isə İspaniya yığmasının heyətində meydana çıxıb.


Futbolçu "Barselonada"kı debütündən bəri artıq 18 qol və eyni sayda məhsuldar ötürməyə imza atıb. İspaniya yığmasının heyətində isə 3 qol və 8 məhsuldar ötürməyə müəlliflik edib.


"Barselona" hazırda 51 xalla La Liqada turnir cədvəlinə başçılıq edir.