Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Kristina Yaqubova Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, toppaylayıcımızın formasını geyindiyi "Lipeçk" 12-ci turda Kazan "Dinamo"su ilə üz-üzə gəlib. 

Səfərdə baş tutan görüş Yaqubova və rəfiqələri üçün uğursuz alınıb. EMydan sahiblərinin üstünlüyü ilə keçən və 3 hissə davam edən matçda voleybolçumuzun komandası quru 0:3 (11:25, 15:25, 16:25) hesablı məğlubiyyətlə barışmalı olub. 

Komandasının səfərdən xalsız qayıtdığı qarşılaşmada oyunqurucumuz rəqibi 2 dəfə məyus edib. Yaqubova xalların hər ikisini hücumda qazanıb.