Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü Kristina Yaqubova Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, toppaylayıcımızın formasını geyindiyi "Lipeçk" 26-cı turda "Lokomotiv"in qonağı olub.

Səfər görüşü voleybolçumuzun komandası üçün uğursuz başlayıb. Kristina və rəfiqələri ilk iki setdə uduzsalar da növbəti hissəni aktivlərinə yazdırıblar. Lakin "Lipeçk"in bundan artığına gücü çatmayıb. 4 set davam edən matçda oyunqurucumuzun komandası 1:3 (19:25, 24:26, 25:21, 13:25) hesabı ilə məğlub olub.

Komandasının xalsız qaldığı oyunda toppaylayıcımız fərqlənməyib.