Yaqubova və komandası gərgin oyundan qalib ayrıldı
- 27 Dek 2020 22:38
- 830
Rusiyada qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bu ölkənin çempionatında çıxış edən Azərbaycan millisinin üzvü Kristina Yaqubova da meydana çıxıb.
Oyunqurucumuzun şərəfini qoruduğu "Lipeçk" 16-cı turda "Proton" ilə qarşılaşıb.
Doğma meydanda baş tutan və gərginliyi ilə yadda qalan görüş Kristina və rəfiqələri üçün uğurlu alınıb. Toppaylayıcımızın komandası 4 set davam edən matçda rəqibini 3:1 (28:26, 25:23, 12:25, 25:23) hesabı ilə məğlub edib.
Komandasının 3 xal qazandığı oyunda yığmamızın üzvü 2 dəfə fərqlənib. Yaqubova xallardan birini blokda, digərini isə eyslə qazanıb.