Yaqubovanın komandası bu dəfə çətinlik çəkmədi
- 04 Fev 2021 12:18
- 832
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Kristina Yaqubova Rusiyada növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, toppaylayıcımızın şərəfini qoruduğu "Lipeçk" 21-ci turda "Dinamo-Metar" klubu ilə qarşılaşıb.
Doğma meydanda baş tutan görüş "Lipeçk"in üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda Kristina və rəfiqələri quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:22, 25:21, 25:19).
Komandasının çətinlik çəkmədən qələbə qazandığı qarşılaşmada oyunqurucumuz 2 dəfə fərqlənib. Yaqubova xalların hər ikisini blokda qazanıb.