Yarımfinalın digər matçı da təxirə salındı
- 05 Mar 2020 11:40
- 663
Futbol üzrə İtaliya kubokunun yarımfinal mərhələsi çərçivəsində bu gün keçirilməli olan “Napoli” ilə “İnter” arasındakı cavab matçı təxirə salınıb.
Rekord.az xəbər verir ki, buna İtaliyada koronavirus epidemiyasının yayılması səbəb olub.
Xatırladaq ki, bu komandalar arasındakı ilk matçda “Napoli” 1:0 hesablı qələbə qazanıb.
İtaliya kubokunun yarımfinalının digər matçı – “Yuventus” – “Milan” oyunu da təxirə salınıb. Hələ ki, bu oyunların hansı tarixdə oynanılacağı bilinmir. Koronavirus səbəbindən İtaliyada A Seriyasının da xeyli oyunu təxirə salınıb.