Yarışa hicabsız çıxdığına görə həbs təhlükəsi ilə üzləşdi
- 19 Okt 2022 14:47
- 467
Beynəlxalq İdman Dırmanması Federasiyası iranlı atlet Elnaz Rekabinin taleyindən narahatdır.
Rekord.az “Euronews” telekanalına istinadən xəbər verir ki, o, Seulda keçirilən Asiya çempionatında, ehtimal ki, vətənindəki kütləvi etirazlara dəstək məqsədilə hicabsız çıxış edib. Amma bu, İran qanunlarının pozulması deməkdir.
Xarici KİV-in məlumatına görə, nəticədə Elnaz Rekabi Seulu vaxtından əvvəl tərk etməli olub və indi onu həbs gözləyir.
Elnaz özü bir neçə il əvvəl “Euronews”a bir neçə il əvvəl verdiyi müsahibədə idmanda hicab ətrafındakı problemlərdən danışarkən demişdi: “Digər idmançılar həmişə təəccüblənir və onlara bir az qəribə də gəlir ki, necə olur, zalda yüksək temperaturdakı yarışlar zamanı bir qız niyə hicab taxır, qollarını və ayaqlarını örtən paltar geyinir. Təbii ki, hava isti olanda hicab problemə çevrilir. Yarışlar zamanı orqanizmin havaya ehtiyacı olur. İstiliyi aradan qaldırmaq üçün biz özümüz çalışdıq ki, həm hicaba, həm də qayayadırmanmaya uyğun gələn forma yaradaq”.
İranın Cənubi Koreyadakı səfirliyi isə həbslə bağlı xəbərləri qəti şəkildə təkzib edib.
Evə qayıdarkən Rekabi Tvitterdə yazıb ki, o, sadəcə olaraq ağır idman stressi səbəbindən baş örtüyü taxmağı unudub. Lakin federasiya onun mesajı təzyiq altında dərc etdiyini istisna etmir.