Monqolustanın Ulan-Bator şəhərində “Böyük Dəbilqə” turniri start götürüb.

Rekord.az xəbər verir ki, yarışın ilk günündə kişilər arasında -66 kq çəki dərəcəsində Yaşar Nəcəfov bürünc medal qazanıb.

Yaşar bürünc medal uğrunda görüşdə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Narmandax Bayanmunxa qalib gəlib.

İlk gündə mübarizəyə qoşulan digər dörd cüdoçumuz uğur qazana bilməyiblər.