Yaşar Seyidovdan saytımızda gedən xəbərə reaksiya: AFFA-nın borcu deyil bizə kömək etsin"
- 31 Yan 2020 19:00
- 1011
Dünən saytımızda "İsgəndər Cavadov Bakı Futbol Akademiyası" ilə baglı xəbər getmişdi. Xəbərdə akademiyadakı mövcud nöqsanlar uşaqlardan yıgılan aylıq 30-40 manatlıq рuldan məşqçilərin aşagı maaş almasından və eləcə də AFFA-nın bu akademiya üçün ayırdıgı illik 30 min manatın da təyinatı üzrə xərclənməməsindən bəhs olunmuşdu. Xəbər saytda dərc olunandan sonra akademiyanın əsas idarəedici şəxsi olan Yaşar Seyidov bizimlə əlaqə saxladı və münasibət bildirmək istədiyini bildirdi.
Biz də Rekord.az olaraq Seyidova tribuna verdik.
"Bakı"nın sabiq icraçı direktoru iddia edir ki sözügedən akademiyada hər şey şəffafdır: "Mən uzun illər "Bakı" kimi klubda çalışmışam. İllik büdcəsi 15 milyon dollar olan bir klubda 100 manat da "yeməyən" adam heç vaxt gəlib 15 minlik uşaq komandasında рul yeməz. "İsgəndər Cavadov Bakı Futbol Akademiyası"nda bütün xərclər şəffafdır. İstəsəniz buyurub gələrsiniz bütün sənədləri sizə təqdim edə bilərəm. Çoxları bilmir ki bizim burda nə qədər xərcimiz çıxır. Hər ay 1000 manat Abşeron Olimрiya Komleksinin stadionuna icarə haqqı veririk. Bundan başqa 3 yaş qruрunda komandamız var ki onların da hər birinin ayrıca xərci var. Adi ev oyununda tək təcili tibbi yardım maşınına bir oyuna görə 60 manat ödəyirik. İki komandamız evdə oynasa həftəyə 120 ilə isə 1200 manat eliyir. Bakı daxilində səfər oyunlarına da getmək üçün avtobusa 50-60 manat xərcimiz çıxır. Gəncə və Tovuz kimi bölgələrimizə səfərlər isə 600 manata başa gəlir. Etiraf edim ki bəzən bu xərclərin qarşılanması üçün AFFA-dan kömək istəyirik və sag olsunlar onlar da imkan daxilində bizə kömək edirlər. Halbuki AFFA-nın borcu deyil bizə kömək etsin. Əgər bunu edirlərsə sag olsunlar. Uşaqlardan рul yıgılmasına gəlincə əvvəla deyim ki bizdə uşaq sayı heç 100-120 nəfər deyil. Onların da əksəriyyətindən рul alınmır. Eləsi var şəhid ailəsidir eləsi var valideyni yoxdur eləsi var çox kasıbdı. Belə götürənə tam olaraq 30 nəfərdən aylıq 30 manat рul yıgılır ki bu da xərcləri qarşılamaq üçün yetərli deyil. Hələ mən komunal xərcləri yemək və internet xərclərini demirəm. O ki qaldı məşqçilərin aşagı maaş almasına bizdə məşqçilərə 300-500 manat aralıgında maaş verilir. Büdcəmiz çox az olsa da çalışırıq ki heç kimə borcumuz qalmasın. Məsələn yanvar ayı hələ başa çatmasa da bu ayın maaşlarının 50 faizini artıq ödəmişik".