Azərbaycanın daha bir para-atleti Orxan Aslanov 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Rekord.az xəbər verir ki, o, buna eyni şəhərdə gerçəkləşən dünya çempionatında uzunluğa tullanma növündə nail olub.

Aslanov (T13 kateqoriyasında) 6.95 metr nəticə göstərərək 4-cü yerə sahib çıxıb.

Qeyd edək ki, turnirdə ilk 4 yeri tutanlar XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanırlar. Daha əvvəl milli komandanın üzvləri Lamiyə Vəliyeva, Oloxan Musayev və Səid Nəcəfzadə Paris-2024-ə lisenziya əldə ediblər.