“Yayla müqayisədə daha yaxşı “Zirə” görə bilmirik” - Rəşad Sadıqov
- 23 Noy 2024 21:59
- 30
“Zirə” bu gün Azərbaycan Premyer Liqasının 14-cü turunda “Neftçi”nin qonağı olub.
Rekord.az xəbər verir ki, 1:2 hesabı ilə məğlub olan Bakı klubunun baş məşqçisi Rəşad Sadıqovun oyundan sonra mətbuat konfransı keçirilib. Sadıqov maraqlı oyun alındığını bildirib:
“Maraqlı oyun alındı. Çempionatımızda belə oyunların sayı nə qədər çox olsa, düşünürəm ki, oyunçularımız da inkişaf edəcək. Hər iki komanda sürətli, dinamik oyun nümayiş etdirdi. Demək olar ki, oyunboyu üstünlük bizdə idi. Sadəcə 10 dəqiqə rəqibə üstünüyü verdik. 60-70-ci dəqiqələrdə rəqib üstün oyun nümayiş etdirdi. Bu da sonda qolla nəticələndi. Düşünürəm ki, olduqca maraqlı oyun alındı. Rəqib də çox istəkli idi. Təbrik edirəm onları.
Nəzərə alsaq ki, üst-üstə uğursuzluqlarımız var. Son 7 oyunun birində qələbə qazanmışıq. Baxmayaraq ki, bu oyunların bir çoxunda üstün olan tərəf olmuşuq. Müəyyən detallar var, onları götür-qoy edirik. Bəli, yayla müqayisədə daha yaxşı “Zirə” görə bilmirik. Amma ümumən, bugünkü oyunla bağlı futbolçularıma söz deyə bilmərəm. Belə matçların davamını gətirib, daha da böyüyəcəyik.
Milli komandamıza uğurlar arzulayıram. Bu haqda geniş danışmaq istəmirəm. Özümüz də milli ilə bağlı məyus olmuşuq. Düşünürəm ki, bu yolda görülən işlər düzgündür”.