Yazi
- 14 Yan 2025 17:33
- 61
"Görüş" filmində Şıxəlinin oğlu ilə maraqlı dialoqu var "Gün təpənə döyə-döyə 8 km yol gedəsən, o də gəlib sənin yanından fırrrr eləyib otsün". İndi onun sözü olmasın, gün təpəmizə döyməsə də qışın bu soyuq, sazaq vaxtı bu qədər basa-basa get stadiona ki, futbola baxasan, o da gedib çatanda sənə deyirlər ki, oyun qapalıdı, jurnalistlər də buraxılmır. Adi bir yoldaşlıq görüşü üçün bu nə qadağdır, anlamadım. "Sumqayıt" - MOİK görüşünü nəzərdə tuturam. Düzdür, keçən həftə "Qarabağ" da yoxlama görüşünü qapalı eləmişdi, amma azarkeşlər üçün. Jurnalistlərə heç bir qadağa yox idi. Amma "Sumqayıt" bu gün jurnalistlərə də oyuna baxmağı qadağan eləmişdi. Deyilənə görə, baş məşqçi Vaqif Cavadovun istəyi olub. Şəxsi fikirimə görə, məntiqsiz bir şeydi. I Liqanın ortabab komandası ilə oyunda nəyi gizlədə bilərsən. İkincisi, sən hansısa finala bərabər, taleyüklü oyuna hazırlaşmırsan, xüsusi prinsipial matça çıxmayacaqsan, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan, sonuncu dəfə sənə nə vaxt qalib gəldiyini unudan "Səbail"lə oynayacaqsan. Adi təqvim oyunudur. Qapalı edib "Səbail"dən nə gizlədəcəksən. Həm jurnalist burdan məlumat götürüb "Səbail"ə ötürəcək ki?)) Özü də maraqlıdır ki, "Kapital Bank Arena"nın dörd bir yanı açıqdı, oyuna baxan "şpion" tribuna olmasın, keçib əksi tərəfdən hasarın arxasından baxacaq. Özü də Vaqifin jurnalistlərə qarşı bu hərəkəti heç xoş olmadı. Hansı ki, bu gün onun "Sumqayıt"la 2.5 illik müqavilə bağlamasında medianın, jurnalistlərin ona olan dəstəyinin də böyük təsiri var. Nə isə, bunların qoydum bir qırağa. Baş məşqçidi, belə qərar verib, öz istəyidi, istənilən məşqçi, klub öz oyununu qapalı keçirmək hüququna sahibdi. Sadəcə, çox hörmətli Sumqayıt FK, gözəl insanlar, dostlar, qardaşlar, belə bir qərar varsa, zəhmət olmasa, bunu öncədən açıqlayın ki, biz də işimizi bilək. Çünki MOİK-lə yoxlama görüşünün olacağı öncədə gizlədilməmişdi, bunu şəxsən Vaqif Cavadov özü də açıqlamıışdı. Deməli, qapalı qərarı veriləndə də bunu açıqlamaq lazımdı. Məsələn, mən bu gün üçün plan quranda günümün 3 saatını bu oyun üçün nəzərdə tutmuşdum. Uşağı dərsə qoyuram, ordan bu soyuqda gəlirəm stadiona ki, oyunu