
“Yeddi futbolçumuz oruc idi” - Cavid Hüseynov
- 03 Mar 2025 20:40
- 54
"Çox vacib oyun idi. Premyer Liqada qalmaq uğrunda mübarizə gedir".
Rekord.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının 25-ci turunda bu gün "Şamaxı" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, öz meydanlarında 0:2 hesabı ilə uduzduqları matçı belə şərh edib:
"İlk hissədə 25 dəqiqə yaxşı futbol oynadıq və hücumlar təşkil etdik. Ani diqqətsizlikdən qapımızda qol gördük. İkinci hissədə oyuna nəzarəti itirdik, rəqib bizi bütün komponentlərdə üstələdi. Yorğunluq var idi. Ramazan ayıdır. Yeddi futbolçumuz oruc idi. Bunu bəhanə etmirik. Zədəlilərimiz də var. Yorğunluq təsirini göstərdi. Komandanın potensialı var ki, yaxşı yerlərə gəlib çıxsın. Bu oyundan dərs çıxarmalı, yolumuza davam etməliyik. Qarşıda çox tur var. Çalışacağıq ki, bu yerdən çıxaq. Vəziyyətimizi düzəltmək istəyirik".