Yelena Şabovta: "Qarabağ Azərbaycandır!"
- 08 Okt 2020 11:52
- 1411
Son günlər cəbhədə baş verən hadisələr hər bir azərbaycanlıda olduğu kimi, ürəyi ölkəmizdə döyünən, özünü Azərbaycanın bir parçası hesab edən hamını narahat edir. Torpaqlarımızın işğaldan azad edilməsi istiqamtində əldə edilən uğurlar ölkə vətəndaşlarını, bütün dünya azərbaycanlılarını, Azərbaycanı sevən, vətəni hesab edən hamını sevindirir, qürurlandırır. Belə azərbaycanlılardan biri də Yelena Şabovtadır. Uzun illər Azərbaycanın qadın voleybolçulardan ibarət millisində çıxış etmiş ukrayna əsilli voleybolçu Yelena Şabovta da cəbhədə baş verənlərə münasibət bildirib.
"Rekord.az" xəbər verir ki, Azərbaycan voleybolunun əfsanələrindən olan Şabovta sosial şəbəkədə Azərbaycana, ordumuza dəstəyini ifadə edib. Bütün voleybol sevərlərin sevimlisi olan Şabovtanın rus dilində olan paylaşımının tərcüməsini təqdim edirik.
"Mən SSRİ-də doğulub, böyümüşəm. Hər birimizin milliyyəti vardı, lakin heç kim bunu göstərmir və heç bir şəkildə təhqir etmirdi! Mənim taleyim elə gətirdi ki, SSRİ dağılandan sonra voleybol karyeramı davam etdirmək üçün Bakıda, Azərbaycanda qaldım. 1990-cı il idi. Dəhşətli faciədir! Və bütün Azərbaycan ailələrinə siraət edən ağrı. Dağlıq Qarabağdakı vəziyyət! gördüklərimi sözlə ifadə etmək mümkün deyil. Azərbaycanda 15 il yaşayıb, vətəndaşlıq qəbul edib, ölkənin yığma komandasında çıxış etməklə hər zaman yalnız sevgi, isti münasibət və dəstək görmüşəm! Azərbaycan - bu günəşli ölkədir. Və bu ölkədəki insanlar bu istiliyi mənimsəyiblər! Hər zaman Bakıya qayıdanda xoşbəxtlik və sevgi axını hiss edirəm! Bura mənim ikinci vətənimdir! Mənim evim, mənim ailəm!
30 il keçib! Azərbaycan çox dəyişib! Lakin azərbaycanlılar əvvəllər olduğu kimi qonaqpərvər qalıblar! Yalnız Dağlıq Qarabağla bağlı bu ağrı hər zaman sızıldayan və sağalmayan böyük yara kimi qalmaqdadır! Çünki bu, Azərbaycan torpağıdır! Lakin orada bi nəfər də olsun azərbaycanlı yoxdur, əvvəllər orada yaşayan hər kəs bu gün Azərbaycanın digər rayon və şəhərlərində məcburi köçkün statusu ilə yaşayırlar! Babalarının və ulu babalarının yaşadığı bu torpaqlarsız 30 ildir ki, qaçqın statusundadırlar! Azərbaycan - bu, dünyanın müxtəlif millətlərinin də yaşadığı, öz qədim mədəniyyəti olan gözəl ölkədir! Bu, sülh ölkəsidir! Hazırda orada gedən bu müharibə gələcək xoşbəxt həyat üçün zəruri olan əməliyyatdır! Öz torpağında və öz əcdadlarında həyat üçün! Bu, azadetmədir! Sülh və ədalət üçün dua edirəm!
Qarabağ Azərbaycandır!"