Deməli, deyilənə, yazılana görə "Neftçi" rəhbərliyini təsisçilər məşəl ayağına çağırıb, hesabat istəyib, danlayıb...

Cavabdehlər də deyib ki, narahat olmayın, Avropada apoellilər, batelilərdən ibarət "Qarabağ"ı udanlar cəmiyyəti" yaradırıq...

Ağdamlıları keçsələr də, bəxtimiz gətirib, bir-iki məşqçinin işindən narazı qalıb istefaya göndəriblər. Onlardan birini gətirib öz klub ömrümüzü uzadaraq "Neftçi"ni "xilas" edəcəyik...

İki ildə "xilasedicilərin" ləvazimatları yetərli deyilmiş. Italiyadan gətirilən "material" da "brak" çıxıb. "Brak"ın yararsız olacağını indi yox, elə o vaxt detallı təhlil edib demişdik axı...

Vaxtında Bordinin "brak"lığını görməyib gətirənlərin "brak"lıq dərəcəsini hesabatda ölçən olmayıb?! "Brak"lıq hərtərəfli fantan vurur. Belədə neft milyonları "brak"lara niyə xərclənsin ki...?!

Futbol "brak"lığı bir tərəfə, mənəvi "brak"lıq olmasaydı, əvvəlki uğursuzluqlar qalsın, Sumqayıt faciəsindən sonra üzr istənilib istefa verilərdi. "Neftçi" tarixinin növbəti anti-rekordu "yazılmış" oldu. İndi isə yeni "plan"lar, "oyunlar" cızılır...

Futbol, mənəvi "brak"lıqlar qarşısında hesabat "nağıl"ları olmur, komanda bu günə salındığına görə, yeni "sponsorluq" kostyumlarında birbaşa komanda verilir. Vaxtilə komandaya soxuşdurulmaq istənilən jireslərə, tiqanalara komanda verdiyimiz kimi...

O boyda tarixi klub nə günə salınıb ki, nicat yolu "Qarabağ"ı udanlarda görülür. Kəramətinizə Bordinli Dabolu, Monrozlu, Stankoviçli "Qəbələ-2" "əsərinizlə" Şəmsi-Gülağa virtuoz tandemi ilə100 min avroluq bir tuş çalınsın...

APOEL, BATE "Qarabağ" üzərində qələbələr qazanıb?! Futbol fəlsəfəsi düşüncəsi "Neftçi"nin bazasında nefti pullarını məhv edib fantan vurur. Futbolun yeni ölçü vahidi meyarları icad edilir. Mütləq Lisenziyalaşdırma Komissiyasına salınmalıdı...

APOEL-i "Neftçi"lı bizlər evində məhv edib keçib. İndiki heyəti yox, Ç.L.-1/4-də "Real"la qarşılaşmış APOEL-i. İndi meyarınızı özünüz müəyyənləşdirin. Bizlər "Neftçi" adına nəticə meyarlarını çoxdan müəyyənləşdirmişik...

 

Tahir SÜLEYMANOV