Yeni vergi qanunu II liqa klublarını necə çıxılmaz vəziyyətə salıb?
- 11 Sen 2024 12:00
- 345
Vergi qanunvericiliyində edilmiş dəyişikliklər futbol klublarından da yan keçmədi.
Rekord.az xəbər verir ki, bu ildən etibarən Premyer Liqa klubları və onların futbolçuları üçün nəzərdə tutulmuş vergi faizi 5 faizdən, 20 faizə qaldırıldı.
Aşağı Liqa klublarının vəziyyəti bu baxımdan daha pisdi. Xüsusilə II liqada yarışan komandalar çıxılmaz vəziyyətdə qalıb. Əldə etdiyimiz məlumata görə, AFFA tərəfindən komandalara verilən illik 50 min manatın heç də hamısı tam olaraq onlara çatmır. Belə ki, yeni vergi qanununa görə, 50 min manatın 11 mini vergiyə tutulur. Yerdə qalan 39 min manatla isə bir mövsüm komanda saxlamaq çox çətindi. Hətta bəzi komandaların dağılmaq təhlükəsi də yaranıb və onlar kömək üçün AFFA-ya üz tutmağa hazırlaşır.