"Səbail" və "Sabah"ın sabiq üzvü Kevin Kubemba yenidən Azərbaycana qayıda bilər.

Rekord.az-a daxil olan məlumata görə, futbolçunun hazırda şərəfini qoruduğu Ukrayna "Çernamorest"ndə vəziyyət yaxşı deyil.

Xüsusilə maddi baxımdan sıxıntılar var. Buna görə də futbolçu qışda bu klubu tərk edı bilər. Menecerinə mümkün variantlar üzərində baş sındırmağı tapşırıb ki, bu variantlar arasında Azərbaycan da var. Yəni futbolçunun xidməti qış transfer dövründə Azərbaycan klublarına da təklif oluna bilər.