
Yeniyetmə cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladı
- 09 Mar 2025 22:30
- 46
Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatıb.
Rekord.az xəbər verir ki, yarışın ikinci günündə idmançılarımız bir gümüş və bir bürünc medalla yadda qalıblar.
Oğlanlar arasında -73 kq çəkidə Ayxan Həsənli gümüş medalın sahibi olub. -90 kq çəki dərəcəsində tatamiyə çıxan Səid Hüseynov isə bürünc medala yiyələnib.
İlk yarış günündə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova və Röyal Qayıbov isə bürünc medal qazanmışdı. Beləliklə, Avropa Kubokunu 5 medalla (2 gümüş və 3 bürünc) başa vuran millimiz ümumi komanda hesabında 24 ölkə arasında 7-ci yeri tutub.