
Yeniyetmə taekvondoçulardan “Fujairah Open”də 2 medal
- 15 Fev 2025 13:00
- 157
Azərbaycan kiçik yeniyetmə taekvondoçuları Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan “Fujairah Open” beynəlxalq turnirində 2 medal qazanıb.
Rekord.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
BƏƏ-nin Əl-Fücayra şəhərində keçirilən yarışda “Mübariz” taekvondo klubunun təmsilçisi Malikəjdər Qalabəyov (36 kq) gümüş, “Asiman”ın yetirməsi Fateh Sultanlı (40 kq) isə bürünc medal əldə edib.