
Yeniyetmələr arasında liqa yarışında 500-dən çox cüdoçu mübarizə aparacaq
- 16 Apr 2025 19:00
- 80
Azərbaycanda keçiriləcək 14 yaşadək yeniyetmələr arasında liqa yarışında 549 cüdoçu (453 oğlan, 96 qız) mübarizə aparacaq.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 100 klub və idman cəmiyyətinin təmsilçiləri çıxış edəcəklər. I tur aprelin 19-20-də gerçəkləşəcək.
Cari ildə U-14 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.