Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən "İdman həftəsi" çərçivəsində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə 2 mart 2023-cü il tarixdə Yevlax şəhər S.Əliyev adına 1 saylı tam orta məktəbin idman zalında taekvondo idman növü üzrə ustad dərsləri keçirilib.

Rekord.az xəbər verir ki, dərslər taekvondo idman növü üzrə təcrübəli məşqçi, Avropa çempionu, II Dan qara kəmər ustası Nicat Haqverdiyev tərəfindən keçirilib.

Taekvondo idman növünün xarakterik xüsusiyyətlərindən, idmanın incəliklərindən nümunələr göstərərək geniş bəhs açan məşqçi-müəllim sonda iştirakçılarla şəkil çəkdirib, onlara imzalı avtoqraf verib.